...

Dələ Kaliforniyada 45,5 min sakini, məktəb və müəssisələri işıqsız qoyub

Dünya xəbərləri Materials 26 İyul 2017 09:41 (UTC +04:00)
ABŞ-da Kaliforniyanın San-Diyeqo şəhərində dələ bütün şəhəri işıqsız qoyub.
Dələ Kaliforniyada 45,5 min sakini, məktəb və müəssisələri işıqsız qoyub

Bakı. Trend:

ABŞ-da Kaliforniyanın San-Diyeqo şəhərində dələ bütün şəhəri işıqsız qoyub. Trend-in məlumatına görə, dələnin törətdiyi qəza nəticəsində yalnız 45,5 min sakin deyil, həmçinin şəhərdə məktəb və müəssisələr də işıqsız qalıb.

İnsident gündüz saatlarında baş verib - əsas ötürücü xəttə çıxan dələ elektrik naqilini zədələyib.

Təxminən 1 saatdan sonra müvafiq xidmət əməkdaşları şəhərdə elektrik enerjisinin verilişini bərpa edə biliblər.

Xəbər lenti

Xəbər lenti