...

Hindistanda "donuz qripi" 600-dən çox insanın həyatına son qoyub

Dünya xəbərləri Materials 17 Avqust 2017 13:36 (UTC +04:00)
Hindistanda bu ilin əvvəlindən "donuz qripi"ndən həlak olanların sayı 600 nəfəri keçib.
Hindistanda "donuz qripi" 600-dən çox insanın həyatına son qoyub

Bakı. Trend:

Hindistanda bu ilin əvvəlindən "donuz qripi"ndən həlak olanların sayı 600 nəfəri keçib.

Trend-in məlumatına görə, təkcə Maharaştra ştatında 284, Qucarat ştatında isə 220 nəfər bu xəstəliyin qurbanı olub.

Ümumilikdə Qucarat ştatında 2000-dən çox yoluxma halı qeydə alınıb.

Bundan başqa, Kerala ştatında 63, Racasthan ştatında isə 59 nəfər "donuz qripi"ndən həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti