...

Tramp: Biz İŞİD-in ABŞ-a daxil olmağına imkan verməməliyik

Dünya xəbərləri Materials 1 Noyabr 2017 04:13 (UTC +04:00)
ABŞ İŞİD-in ölkəyə qayıtmasına və ya daxil olmasına imkan verməməlidir
Tramp: Biz İŞİD-in ABŞ-a daxil olmağına imkan verməməliyik

Bakı. Trend:

ABŞ İŞİD-in ölkəyə qayıtmasına və ya daxil olmasına imkan verməməlidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Dobnald Tramp Nyu-Yorkda baş verən terror aktından sonra öz "Twitter" hesabənda yazıb.

O, bildirib: "Biz İŞİD-i Yaxın Şərqdə və hər yerdə məğlub etdikdən sonra onları ölkəmizə qayıtmağa və daxil olmağa imkan verməməliyik. Kifayətdir!"

Qeyd edək ki, bu gün Nyu-Yorkun mərkəzində yük maşını velosiped yoluna çıxaraq insanların üzərinə sürülüb. Hadisə nəticəsində 8 nəfər həlak olub və 10-dan çox insan yaralanıb. Şəhərin meri hadisəni terror aktı kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti