...

Ukraynadan dünya rekordu - Problemli kreditlərlə bağlı

Dünya xəbərləri Materials 18 Dekabr 2017 17:53 (UTC +04:00)
2017-ci ildə Ukraynanın bank sistemi problemli kreditlər üzrə dünya rekorduna imza atıb
Ukraynadan dünya rekordu - Problemli kreditlərlə bağlı

Bakı. Trend:

2017-ci ildə Ukraynanın bank sistemi problemli kreditlər üzrə dünya rekorduna imza atıb.

Trend-in məlumatına görə, bunu Ukrayna Milli Bankının Maliyyə Stabilliyi Departamentinin direktoru Vitali Vavrişşuk deyib.

Onun sözlərinə görə, Ukraynada işləməyən kreditlər üzrə ən yüksək göstərici qeydə alınıb.

Bildirilir ki, bu ilin iyul ayında ölkədə verilən kreditlərin 58 faizə yaxını problemli kreditlər olub.

Xəbər lenti

Xəbər lenti