...

Çexiyada qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi

Dünya xəbərləri Materials 4 Yanvar 2018 16:35 (UTC +04:00)
Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib.
Çexiyada qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi

Bakı. Trend:

Çexiyanın Vratimov şəhərində yeddi nəfərdən ibarət ailə marixuana qatılmış ördək yedikdən sonra zəhərlənib.

Trend-in məlumatına görə, yeməyi bişirən qadın marixuananı digər ədviyyatla səhv salıb.

Nəticədə ailə üzvləri ürək bulanması və baş ağrısı şikayətləri ilə xəstəxanaya yerləşdirilib.

Ailədə yalnız bir nəfər – marixuanadan tibbi məqsədlərlə istifadə edən şəxs – zəhərlənməyib.

Polis narkotik vasitələrin qanunsuz hazırlanması və saxlanması ilə bağlı cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti