...

Liviya sahillərində qayığın qəzaya uğraması nəticəsində 8 miqrant həyatını itirib

Dünya xəbərləri Materials 8 Yanvar 2018 22:01 (UTC +04:00)
Liviya sahillərində qayığın qəzaya uğraması nəticəsində ən azı 8 miqrant ölüb.
Liviya sahillərində qayığın qəzaya uğraması nəticəsində 8 miqrant həyatını itirib

Bakı. Trend:

Liviya sahillərində qayığın qəzaya uğraması nəticəsində ən azı 8 miqrant ölüb.

Trend-in AFP agentliyinə istinadən verdiyi məlumata əsasən, daha 50 nəfər itkin düşüb, onların arasında uşaq da var.

Sağ qalanların sözlərinə görə, hava ilə doldurulan qayıqda 140-150 nəfər olub.

Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti