...

Obamaya "it oğlu" deyən Duterte: Tramp yaxşı prezidentdir

Dünya xəbərləri Materials 9 Fevral 2018 18:00 (UTC +04:00)
Filippin Prezidenti Rodriqo Duterte ABŞ-lı həmkarı Donald Trampı “yaxşı prezident” hesab etdiyini bildirib
Obamaya "it oğlu" deyən Duterte: Tramp yaxşı prezidentdir

Bakı. Trend:

Filippin Prezidenti Rodriqo Duterte ABŞ-lı həmkarı Donald Trampı “yaxşı prezident” hesab etdiyini bildirib.

Trend-in məlumatına görə, R.Duterte bu sözləri mətbuat konfransı zamanı deyib.

O, D.Trampın öz ölkəsi üçün çox işlər gördüyünü qeyd edib: “İnandırım sizi, mən Trampı dəstəkləyirəm. O, yaxşı prezidentdir və ölkəsi üçün çox şey edir. Sadəcə onu başa düşmürlər”.

Qeyd edək ki, keçmişdə R.Duterte ABŞ-ın keçmiş prezidenti Barak Obama haqqında sərt fikirlər səsləndirmiş və onu “it oğlu” adlandırmışdı.

Xəbər lenti

Xəbər lenti