...

Çinin BƏYANATI: ABŞ-la ticarət müharibəsi istəmirik, amma müharibədən də qorxmuruq

Dünya xəbərləri Materials 6 Aprel 2018 10:28 (UTC +04:00)
Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir.
Çinin BƏYANATI: ABŞ-la ticarət müharibəsi istəmirik, amma müharibədən də qorxmuruq

Bakı. Trend:

Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir.

Trend-in məlumatına görə, bu barədə Çinin Ticarət Nazirliyi bəyan edib.

Nazirlikdən bildirilib: "Çin ABŞ-la ticarət müharibəsi aparmaq istəmir. Lakin müharibədən də qorxmuruq".

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazmışdı ki, Vaşinqton Pekinlə ticarət müharibəsini uzun illər əvvəl uduzub:

“Bu müharibəni uzun illər əvvəl ABŞ-ı təmsil edən səriştəsiz şəxslərin ucbatından uduzmuşuq. İndi bizim Çinlə 500 milyard dollar həcmində ticarət kəsirimiz var. Biz bunun davam etməsinə imkan verə bilmərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti