...

SON DƏQİQƏ! İstanbulda meşələr yanır

Dünya xəbərləri Materials 3 İyul 2018 09:48 (UTC +04:00)
İstanbulun meşə sahəsində yanğın başlayıb.
SON DƏQİQƏ! İstanbulda meşələr yanır

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulun meşə sahəsində yanğın başlayıb. Trend-in məlumatına görə, yanğın Qartal meşə massivində qeydə alınıb.

Məlumata görə, hazırda yanğın 2 ha ərazini əhatə edib. Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Yanğının baş vermə səbəbi açıqlanmayıb.

Qeyd edək ki, sonuncu dəfə Türkiyədə böyük miqyasda meşə yanğını ölkənin cənubunda Hatayda qeydə alınıb.

Türkiyə ərazisinin 27,6 faizini meşə sahələri təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti