...

Meksikada bələdiyyə polisinin rəhbəri qətlə yetirilib

Dünya xəbərləri Materials 12 İyul 2018 06:14 (UTC +04:00)
Meksikanın Nayarit ştatında El-Nayar bələdiyyəsinin polis rəhbəri naməlum şəxslər tərəfindən qətlə yetirilib
Meksikada bələdiyyə polisinin rəhbəri qətlə yetirilib

Bakı. Trend:

Meksikanın Nayarit ştatında El-Nayar bələdiyyəsinin polis rəhbəri naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Trend-in məlumatına görə, polis rəhbəri Martin Qarsiya Uisar El-Nayar yaşayış məntəqəsində kilsənin yaxınlığında güllələnib.

Polis rəhbəri hadisə yerinə atışma barədə məlumat aldırqan sonra gəlib. Cinayətkarlarla atışma zamanı Uisar qətlə yetirilib. Digər ölən və yaralananlar barədə məlumat yoxdur.

Naməlum silahlıların axtarışı üzrə irimiqyaslı əməliyyat başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti