...

Cənubi Koreyaya XƏBƏRDARLIQ! "Konq-rey" təhlükəsi var

Dünya xəbərləri Materials 3 Oktyabr 2018 09:56 (UTC +04:00)
"Konq-rey" qasırğasının sentyabrın 6-7-də Koreya Respublikasının cənub sahillərinə çatacağı proqnozlaşdırılır.
Cənubi Koreyaya XƏBƏRDARLIQ! "Konq-rey" təhlükəsi var

Bakı. Trend:

"Konq-rey" qasırğasının sentyabrın 6-7-də Koreya Respublikasının cənub sahillərinə çatacağı proqnozlaşdırılır. Trend-in məlumatına görə, qasırğa xəbərdarlığını ölkənin Milli Meteoroloji Agentliyi bildirib.

Proqnozlara görə, küləyin surəti saatda 190 km-ə çatacaq.

Qeyd edək ki, sonuncu dəfə burada "Sulik" qasırğası baş vermişdi ki, nəticədə 1 nəfər ölmüş, 2 nəfər müxtəlif xəsarətlər almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti