...

Donald Tramp müdafiə nazirinin istefasından danışıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2018 19:49 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.
Donald Tramp müdafiə nazirinin istefasından danışıb

Bakı. Tural Turan - Trend:

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

Trend-in məlumatına görə, Tramp Mettisin istefaya gedəcəyini istisna etməyib. Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib". Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.

"Lakin ola bilsin, istefaya getsin", - deyə Tramp bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti