Bakı. Trend:
Kolumbiyada məktəbliləri aparan avtobus ağaca çırpılıb.
Trend-in məlumatına görə, avtobusun ağaca çırpılması nəticəsində sürücü hadisə yerində həlak olub, azı 19 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıb. Məktəblilər xəstəxanalara yerləşdirilib.
Məlumata əsasən, qəza Monteriya bələdiyyəsi (şimali Kordova departamenti) və Arboletes bələdiyyəsini (şimali Antyokiya departamenti) birləşdirən avtomobil yolunda baş verib.
Bildirilir ki, avtobusda konkisürmə üzrə yerli çempionatda iştirak edən məktəblilər olub.
Hadisə ilə bağlı araşdırmaya başlanılıb. İlkin məlumata əsasən, avtobusun sürücüsü yuxlamış ola bilərdi.