...

Makron: ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil

Dünya xəbərləri Materials 15 Noyabr 2018 05:59 (UTC +04:00)
Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq demək deyil.
Makron: ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil

Bakı. Tural Turan - Trend:

Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq demək deyil. Trend-in məlumatına görə, bu sözlər Fransa Prezidenti Emmanuel Makron deyib.

"ABŞ bizim tarixi müttəfiqimizdir və müttəfiqimiz olaraq da qalır. Lakin müttəfiq olmaq, vassal olmaq demək deyil. Biz onlardan asılı olmamalıyıq", - deyə Makron Paris və Vaşinqton arasındakı münasibətlərin vəziyyətini şərh edərkən bildirib.

Makron ABŞ prezidenti Donald Trampın "Twitter"də onun ünvanına yazdığı tənqidlərə isə münasibət bildirmək istəməyib:

"Mən tvitlərə cavab vermək fikrində deyiləm və düşünmürəm ki, Fransa xalqı bunu məndən gözləyir".

O qeyd edib ki, "müttəfiqlər bir-birlərinə hörmətlə yanaşmalıdırlar.

"Böyük anlarda biz müttəfiq olmuşuq. Biz hər gün Suriya, İraq və Afrikada terrorçuluğa qarşı mübarizə aparmaq barədə birlikdə öhdəlik götürmüşük. Bizim əsgərlərimiz hər gün birgə hərəkət edir", - deyə Makron bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti