...

Fransalı hərbçilər Malidə 30-a yaxın terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 24 Noyabr 2018 06:19 (UTC +04:00)
Fransalı hərbçilər Malidə "Barhan" əməliyyatı zamanı 30-a yaxın terrorçunu zərərsizləşdirib
Fransalı hərbçilər Malidə 30-a yaxın terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Fransalı hərbçilər Malidə "Barhan" əməliyyatı zamanı 30-a yaxın terrorçunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Fransa Silahlı Qüvvələrinin saytında yerləşdirilən press-relizdə bildirilir.

Bundan əlavə, qeyd edilir ki, zərərsizləşdirilənlər arasında "Ke-Masinanın azad edilməsi cəbhəsi" adlandırılan ekstremist qruplaşmanın rəhbəri Amadu Kuffa da ola bilərdi.

Qeyd edək ki, Fransa 2013-cü ildən Maliyə terrorçuluğa qarşı əməliyyatlar üçün 4 minə yaxın hərbçi göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti