...

Vyanada kilsəyə hücum: xəsarət alanlar var

Dünya xəbərləri Materials 27 Dekabr 2018 22:03 (UTC +04:00)
Avstriyanın paytaxtı Vyana şəhərində naməlum şəxslər kilsəyə hücum ediblər.
Vyanada kilsəyə hücum: xəsarət alanlar var

Bakı. Trend:

Avstriyanın paytaxtı Vyana şəhərində naməlum şəxslər kilsəyə hücum ediblər.

Trend-in məlumatına görə, hadisə nəticəsində 15 nəfərə yaxın insan xəsarət alıb. Hadisə yerli vaxtla 13:30-da Vyananın Floridsdorf rayonunda baş verib.

Polisin əməliyyat keçirdiyi həmin rayonda atəş səsləri eşidilib. Hələlik cinayətkarların saxlanılması barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti