...

Türkiyədə avtobus aşıb: 25 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 23 İyun 2019 03:30 (UTC +04:00)
Türkiyədə Antalya vilayətinin Akseki rayonunda sərnişin avtobusu aşıb
Türkiyədə avtobus aşıb: 25 nəfər xəsarət alıb

Bakı. Trend:

Türkiyədə Antalya vilayətinin Akseki rayonunda sərnişin avtobusu aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 25 nəfər xəsarət alıb.

Yol qəzası yerli vaxtla saat 15:00-da Konya-Antalya yolunda baş verib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları, polis və jandarma əməkdaşları, yanğınsöndürənlər cəlb edilib.

İlk tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti