...

Tailandda 20 nəfəri qətlə yetirən silahlı hələdə ticarət mərkəzində ola bilər (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 9 Fevral 2020 02:52 (UTC +04:00)
Tailandın Nakhonratçasima şəhərində 20 nəfəri qətlə yetirən silahlı əsgər hələdə "Terminal 21" ticarət mərkəzində gizlənir
Tailandda 20 nəfəri qətlə yetirən silahlı hələdə ticarət mərkəzində ola bilər (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Tailandın Nakhonratçasima şəhərində 20 nəfəri qətlə yetirən silahlı əsgər hələdə "Terminal 21" ticarət mərkəzində gizlənir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Thai Rat TV" telekanalından bildiriblər.

Telekanalın məlumatında deyilir: "O binanın içərisində və ya binanın xaricində ola bilər, amma hələdə ticarət mərkəzinin ərazisindədir. Ətrafdakı bütün küçələr və yaxınlıqdakı "Dostluq" avtomobil yolu polislər və hərbçilər tərəfindən tamamilə bağlanıb, onun qaçamağa yeri yoxdur".

Daha əvvəl telekanal silahlının ticarət mərkəzindən qaçdığını və qaçarkən bir xüsusi təyinatlını öldürdüyünü, birini isə yaraladığını bildirirdi.

Qeyd edək ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində insanlara atəş açıb. İnsident nəticəsində azı 20 nəfər həlak olub, 31 nəfər isə yaralanıb.

XXX

02:11

Tailandın Nakhonratçasima şəhərində insanları ticarət mərkəzində girov götürən şəxs 9 saat gizləndikdən sonra qaçmağı bacarıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, cinayətkar çoxmərtəbəli avtomobil dayanacağında hüquq-mühafizə orqanları ilə atışma zamanı yaxınlıqdakı qaz balonuna atəş açaraq hadisə yerindən qaçıb.

İlkin məlumata əsasən, atışma zamanı bir xüsusi təyinatlı ölüb, biri isə yaralanıb. Bildirilir ki, cinayətkar binadan çıxdıqdan sonra da bir neçə dəfə atəş açıb.

Xatırladaq ki, daha əvvəl cinayətkarın ticarət mərkəzinin dördüncü mərtəbəsində 16 nəfəri girov götürdüyü bildirilirdi.

"Thai Rath" qəzetinin məlumatına əsasən, ticarət mərkəzindən təxminən min nəfər təxliyə edilib. Hadisə yeri mühasirəyə alınıb, rayonda yollar bağlanıb.

Qeyd edək ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində insanlara atəş açıb. İnsident nəticəsində azı 20 nəfər həlak olub, 31 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti