...

KTMT-nin Ermənistandakı hərbi təlimləri təxirə salınıb

Dünya xəbərləri Materials 6 Oktyabr 2020 14:00 (UTC +04:00)
KTMT-nin Ermənistandakı hərbi təlimləri təxirə salınıb

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan ərazisində keçirilməsli olan hərbi təlimləri təxirə salınıb.

Trend-in məlumatına görə, bunu təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

Onun sözlərinə görə, hazırda KTMT üzvləri həmin təlimləırin keçiriləcəyi yeri və vaxtı ümzakirə edir.

Ermənistanda təlimlər oktyabrın sonlarında keçirilməli idi.

Qeyd edək ki, ötən gün Ermənistan oktyabrın 12-dən 16-dək Belarusd keçiriləcək KTMT təlimlərində iştirak etməyəcəyini bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti