...

ABŞ-ın KTMT qoşunlarının Qazaxıstana yeridilməsi ilə bağlı bir sıra sualları var - Blinken

Dünya xəbərləri Materials 9 Yanvar 2022 23:12 (UTC +04:00)
ABŞ-ın KTMT qoşunlarının Qazaxıstana yeridilməsi ilə bağlı bir sıra sualları var - Blinken

Bakı. Trend:

ABŞ-ın KTMT qoşunlarının Qazaxıstana yeridilməsi ilə bağlı bir sıra sualları var.

Trend-in məlumatına görə, bunu CNN telekanalına müsahibəsi zamanı ABŞ-ın dövlət katibi Entonu Blinken deyib.

"ABŞ-ın bu təşkilatı çağırılmasının vacibliyinə dair real sualları var", - deyə E.Blinken bildirib.

Onun sözlərinə görə, Qazaxıstandakı etirazlar - hökumətin insan haqlarını pozmadan təkbaşına həll edə bilməsi lazım olan bir şeydir.

Yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Minlərlə insan xəsarət alıb, ölənlər var. Prezident Kasım-Jomart Tokayev kömək üçün KTMT-yə müraciət edib. Sülhməramlılar artıq Qazaxıstanda öz tapşırıqlarını yerinə yetirməyə başlayıblar. Hakimiyyət orqanlarının məlumatına görə, yanvarın 7-də respublikanın bütün bölgələrində ümumilikdə nizam bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti