...

İran yeni raketini təqdim edib (FOTO)

Dünya xəbərləri Materials 9 Fevral 2022 17:42 (UTC +04:00)
İran yeni raketini təqdim edib (FOTO)

Bakı. Elnur Bağışov - Trend:

İran İslam İnqilabının 43-cü ildönümü ərəfəsində yeni istehsal olunan “Xeybərşekən” raketi təqdim edilib.

Trend xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Məhəmməd Baqerinin iştirakı ilə keçirilən təqdimat mərasimində raketin funksiyaları barədə məlumat verilib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmirəli Hacızadə bildirib ki, bu raket iranlı mühəndislər tərəfindən hazırlanıb və sırf milli istehsaldır. Böyük gücə malik olan “Xeybərşekən” raketi 1450 kilometr məsafədə olan hədəfləri vurmaq iqtidarına malikdir.

General nəzərə çatdırıb ki, İran 1980-ci ildən uzaqmənzilli raketlərin hazırlanmasına başlayıb və bu gün bu sahədə böyük uğurlar əldə edib. İran raket istehsalına görə Yaxın Şərqdə ilk yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti