...

Madriddə əyləncə parkında damın uçması nəticəsində 13 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 20 Fevral 2022 06:17 (UTC +04:00)
Madriddə əyləncə parkında damın uçması nəticəsində 13 nəfər xəsarət alıb

Bakı. Trend:

Madridin "Parque de Atracciones" əyləncə parkında auditoriyanın damının qismən uçması nəticəsində 13 nəfər yaralanıb, onlardan səkkizi xəstəxanaya yerləşdirilib.

Trend xarici KİV-lərə istinaxən xəbər verir ki, qəza parkdakı “Grand Theater”də keçirilən tədbir zamanı 200 kvadratmetrlik alçıpan tavanın uçması nəticəsində baş verib.

Xəsarət alanların hamısının 30-50 yaş arasında olan şəxslərdir.

Yerli polis isə araşdırmalara başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti