...

Filippin sahillərində zəlzələ olub

Dünya xəbərləri Materials 30 Mart 2022 06:04 (UTC +04:00)
Filippin sahillərində zəlzələ olub

Bakı. Trend:

Filippinin Luson adası sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ölkənin vulkanologiya və seysmologiya institutundan bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri Kabanqan bələdiyyəsindən (Sambales əyaləti) 49 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti