...

Kolumbiyada silahlı toqquşma baş verib, ölənlər var

Dünya xəbərləri Materials 21 Noyabr 2022 08:04 (UTC +04:00)
Kolumbiyada silahlı toqquşma baş verib, ölənlər var

Bakı. Trend:

Kolumbiyanın Putumayo departamentində iki qeyri-qanuni silahlı qruplaşmanın üzvləri arasında atışma baş verib.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Ombudsmeninin Aparatının açıqlamasında bildirilib.

Məlumata əsasən, silahlı toqquşmalar zamanı azı 18 nəfər həlak olub.

Qeyd edilir ki, silahlı toqquşmada "Komandos de la frontera" bandası və ləğv edilmiş "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri" üsyançı təşkilatının keçmiş üzvləri tərəfindən yaradılmış "Karolina Ramirez Cəbhəsi" cinayətkar qruplaşması iştirak edib.

Silahlılar Ekvadorla sərhəd zonada narkotik ticarətinə nəzarət etmək üçün mübarizə aparırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti