...

Zelenski Türkiyəyə gəldi

Dünya xəbərləri Materials 7 İyul 2023 22:15 (UTC +04:00)
Zelenski Türkiyəyə gəldi

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfər edib.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, prezidenti Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır və Haluk Bayraktar Zelenskini qarşılayıblar.

Qeyd edək ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.

Səfər çərçivəsində iki ölkə liderləri arasında məhdud və geniş tərkibdə danışıqlar planlaşdırılır.

Məlumat üçün qeyd edək ki, Ərdoğan və Zelenski Rusiya-Ukrayna münaqişəsi, taxıl müqaviləsi, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti