...

Ərdoğanla Ukrayna prezidenti arasındakı görüş başlayıb

Dünya xəbərləri Materials 7 İyul 2023 22:41 (UTC +04:00)
Ərdoğanla Ukrayna prezidenti arasındakı görüş başlayıb

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna prezidenti Volodimr Zelenski İstanbulda Vahdettin Köşkündə görüşləri başlayıb.

Trend-in TurkicWorld-a istinadən verdiyi məlumata görə, iki liderin görüşlərindən sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, iclasda iki ölkə arasındakı əlaqələr, Rusiya-Ukrayna müharibəsində son hadisələr və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl dəhlizi sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti