...

"Apple" ayaqqabısı 50 min dollara hərraca çıxarılıb

Dünya xəbərləri Materials 26 İyul 2023 12:00 (UTC +04:00)
"Apple" ayaqqabısı 50 min dollara hərraca çıxarılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Üzərində "Apple" loqosu olan bir cüt idman ayaqqabısı "Sotheby’s" hərrac evi tərəfindən 50 min dollar başlanğıc qiyməti ilə açıq hərraca çıxarılıb.

Trend xəbər verir ki, şirkətin 90-cı illərdə bəzi əməkdaşlar üçün hazırlatdığı və bir konfransda paylanan bu ayaqqabıları daha əvvəl satışa çıxaran olmayıb.

Üzərində "Apple"in göy qurşağı rənglərində loqosu olan ağ rəngli ayaqqabılar "Sotheby’s" hərrac evinin bildirdiyinə görə "görülən ən nadir məhsullardandır".

Hərrac elanında "Omega" tərəfindən istehsal edilmiş 41 nömrəli dəri ayaqqabının qutusunda saxlanıldığı və heç istifadə olunmadığı, lakin dabanında bəzi saralmaların olduğu qeyd edilib.

Qeyd edək ki, "Apple" tərəfindən keçmişdə istehsal edilən və paylanan xatirə əşyaları illər ərzində böyük dəyər qazanıb. Bu yaxında açılmamış ilk seriyaya məxsus "iPhone" telefonu da 190 min dollardan yuxarı qiymətə satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti