...

Bu ölkədə meşə yanğını şəhərə yaxınlaşır - Sakinlərə təxliyə əmri verildi

Dünya xəbərləri Materials 17 Avqust 2023 09:24 (UTC +04:00)
Bu ölkədə meşə yanğını şəhərə yaxınlaşır - Sakinlərə təxliyə əmri verildi

Bakı. Trend:

Kanadanın şimalındakı Yellounayf (Yellowknife) şəhərinin sakinləri meşə yanğınlarının yaxınlaşması ilə əlaqədar təxliyə əmri alıblar.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, təxliyə bir neçə mərhələdə baş tutacaq və təxminən 22 min insan təhlükəsiz əraziyə köçürüləcək.

"Yanğın indi şəhər üçün real təhlükədir", - deyə yerli rəhbərliyin nümayəndəsi bildirib.

Qeyd olunur ki, yanan ərazilərin sahəsi 13 milyon hektara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti