...

İƏT ölkələri ilə birgə layihələr həyata keçirilməlidir - Kənan Qasımov

Turizm Materials 2 May 2024 11:43 (UTC +04:00)
İƏT ölkələri ilə birgə layihələr həyata keçirilməlidir - Kənan Qasımov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə birgə layihələrin həyata keçirilməsi vacibdir.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Bakıda keçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının 1-ci forumunda deyib.

Onun sözlərinə görə, birgə əməkdaşlıq bu sahədə fəaliyyətə mühüm töhfə olacaq.

"Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanda turizm sahəsinin inkişafı istiqamətində mühüm işlər görülür. Biz ölkəmizdə bu sektorda çalışan müəssisələri dəstəkləyirik. Azərbaycan artıq bir sıra ölkələrin vətəndaşları üçün sevimli turizm istiqamətinə çevrilir. Ümid edirəm ki, İƏT-ə üzv ölkələrlə birgə buna nail olacağıq", - deyə o bildirib.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regional təşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın da daxil olması ilə daha da genişlənib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti