...

Bəzi ölkələr müharibə nəticəsində pis vəziyyətə düşüb - Dünya Müsəlman Cəmiyyətləri Şurası Baş katibi

Cəmiyyət Materials 1 May 2024 18:28 (UTC +04:00)
Bəzi ölkələr müharibə nəticəsində pis vəziyyətə düşüb - Dünya Müsəlman Cəmiyyətləri Şurası Baş katibi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün biz Bakıda, sülh və tolerantlıq paytaxtında toplaşmışıq. Sülhlə bağlı söhbətlər müvəqqəti olmalı deyil. Bu gün burada çıxış etməyimiz bizi ilhamlandırır.

Trend-in məlumatına görə, bunu Dünya Müsəlman Cəmiyyətləri Şurası Baş katibi dr. Mohamed Bexari Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda keçirilən panl müzakirələri zaman deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ilə birgə bütün iştirakçılara öz qapısını açıq saxlayır və biz müxtəlif məsələləri burada müzakirə edirik.

“Hər bir ölkə spesifik olaraq problemlərin qarşısını almalıdır. Sülh, firavanlıq istəyiriksə, ölkə daxilində də tədbirlər görülməlidir. Nəyə görə biz müharibə aparmalıyıq? Bizim üçün sülh sabitlik hər şeydən öndədir. Onsuzda bu gün bəzi ölkələr müharibə nəticəsində pis vəziyyətə düşüb. Biz birgə səylərimiz ilə sülhü bərqərar etməliyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti