...

Müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıq yaradırıq - Datuk Mutanq Taqal

Mədəniyyət Materials 2 May 2024 10:37 (UTC +04:00)
Müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıq yaradırıq - Datuk Mutanq Taqal
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Biz müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıq yaradırıq. Mədəni irsin qorunması əhəmiyyətli bir məsələdir və bu bizim müqəddəs vəzifəmizdir. Mədəni irs bizim zənginliyimizin simvoludur.

Trend-in məlumatına görə, bunu Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, mədəni irsin qorunmasında, mühafizəsində cəmiyyətin böyük rolu vardır.

“Yerli icmalar bu sahədə yaxından iştirak edirlər. Malaziya bu istiqamətdə beynəlxalq əməkdaşlığa üstünlük verir və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Malaziyada tarixi şəhərlər mövcuddur. Biz UNESCO ilə də yaxından əməkdaşlıq edirik. Qanunvericilik baxımından Malaziya mədəni irsin qorunması istiqamətində mühüm işlər həyata keçirib”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti