...

Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etməyi planlaşdırır

Dünya xəbərləri Materials 1 May 2024 20:14 (UTC +04:00)
Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası etirazlardan yaranan narahatlığa baxmayaraq, “Xarici agentlər haqqında” qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə respublikanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında danışıb.

“Biz “Xarici agentlər haqqında” qanunu qəbul edəcəyik, bir neçə gün davam edəcək diskomfort olacaq, lakin uzunmüddətli perspektivdə biz ölkəni illər boyu qütbləşmədən və radikalizmdən sığortalayacağıq”, - Kobaxidze bildirib.

Hökumət başçısı qeyd edib ki, bu qanunun qəbulu Gürcüstanın Aİ-yə inteqrasiyasını sürətləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti