...

İqlim dəyişikliyinin təsirləri mədəni irs abidələrində hiss edilir - İSESCO Baş katibinin müşaviri

Cəmiyyət Materials 2 May 2024 15:23 (UTC +04:00)
İqlim dəyişikliyinin təsirləri mədəni irs abidələrində hiss edilir - İSESCO Baş katibinin müşaviri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyinin təsirləri mədəni irs abidələrində hiss edilir.

Trend xəbər verir ki, bu barədə İSESCO Baş katibinin müşaviri Heşa Əl Əskəri VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, mədəni irs abidələrimiz artıq təhlükədədir.

“Biz hansı addımlarla bu təhlükənin qarşısını ala biləcəyimiz barədə düşünməliyik. Xəzər dənizinin səviyyəsi aşağı düşür. Aralıq dənizində də bu problem yaşanır. Bunun üçün dayanıqlı həll yolları tapmalıyıq.

Mədəni irs bizim keçmişimiz və gələcəyimizdir. Onu qorumaqla bağlı məsuliyyət bizim üzərimizə düşür”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti