...

Azərbaycan "yaşıl" enerji sferasında Xəzər dənizinin potensialının aşkarlanmasında rol oynamaqdan məmnundur - Samir Şərifov

Yaşıl iqtisadiyyat Materials 2 May 2024 10:39 (UTC +04:00)
Azərbaycan "yaşıl" enerji sferasında Xəzər dənizinin potensialının aşkarlanmasında rol oynamaqdan məmnundur - Samir Şərifov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Azərbaycan "yaşıl" enerji sferasında Xəzər dənizinin potensialının aşkarlanmasında rol oynamaqdan məmnundur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Rerspublikasının maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində keçirilən "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.

O, 30 il bundan əvvəl heç kimin Azərbaycanın bir çox beynəlxalq şirkətlərin əməkdaşlığı ilə Xəzər dənizinin qazıntı yanacağı potensialından istifadə edəcəyini bilmədiyini xatırladıb.

"Qazıntı yanacağını daşımaq üçün nəqliyyat marşrutları və digər dəhlizlər, liman dəhlizləri yaradıldı.

Biz bu gün, 2024-cü ildə, 30 il sonra bərpa olunan enerji mənbələri potensialının kəşfində mühüm rol oynamaqdan məmnunuq", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan enerji keçidinə, neft və qazdan diversifikasiyaya can atır.

Qeyd edək ki, mayın 2-dən 5-dək keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

Rəhbərlər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Tədbirdə AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri və AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in idarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Toplantıda mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli hökumət rəsmiləri, özəl sektorun, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti