...

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO

Siyasət Materials 2 May 2024 10:26 (UTC +04:00)
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə intensiv döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Ümumqoşun təlim poliqonunda keçirilən məşğələlər zamanı ərazidə təbii və süni maneələrin dəf edilməsi, döyüş maşınlarının idarə olunması, şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə çalışmalar yerinə yetirilib.

Həmçinin zirehli texnikanın üzərinə quraşdırılmış silahdan aşkar olunan hədəflərin yerindən və hərəkətdə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar da icra olunub.

Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələlərdə tankçılarımız yüksək peşəkarlıq nümayiş etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti