...

Dinlər arasında qarşılıqlı anlaşma mühüm əhəmiyyət kəsb edir - Cek Noel Gerard

Cəmiyyət Materials 2 May 2024 15:35 (UTC +04:00)
Dinlər arasında qarşılıqlı anlaşma mühüm əhəmiyyət kəsb edir - Cek Noel Gerard
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnsanlar din müxtəlifliyinə hörmət etməli, qarşı tərəfin dini inancına hörmətlə yanaşmalıdır. Dinlər arasında qarşılıqlı anlaşma mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu İsa Masihin Son Günlər Müqəddəsləri Kilsəsinin Mərkəzi Avropa və Avrasiya üzrə prezidenti Cek Noel Gerard Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı panel müzakirəsi zaman deyib.

O, qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndiriyini diqqətə çatdırıb.

“Dünyanın bütün inanclarında özünü göstərən dəyərlərə hörmət edirik. Özünə qarşı istədiyin münasibəti başqasına da göstərməlisən. Müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlamaşa və əməkdaşlıq körpüləri qurulmalıdır. Bununla biz dünyanın qarşıladığı çağırışlarla mübarizə apara bilərik. Əməkdaşlıq çərçivəsində həqiqətən dəstəyə ehtiyacı olan şəxslərə ləyaqətli şəkildə köməklik göstərə bilərik”. – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti