...

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olundu

Cəmiyyət Materials 2 May 2024 10:27 (UTC +04:00)
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olundu
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub.

Trend xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Hicran Əyyubova 01.05. 2024-cü il tarixindən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Hicran Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilən monitorinqlərin məqsədi orta ixtisas təhsili müəssisələrində kadr potensialının və tədris prosesinin təkmilləşdirilməsidir. Bir müddət əvvəl Kollecin əvvəlki direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti