...

Alvaro Morata İtaliyaya qayıdacaq

İdman Materials 2 May 2024 05:12 (UTC +04:00)
Alvaro Morata İtaliyaya qayıdacaq

Bakı. Trend:

“Atletiko”nun forvardı Alvaro Morata yayda İtaliyaya dönmək istəyindədir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, karyerasını “Yuventus”da davam etdirmək arzusundadır.

Alvaro A Seriyasına dönmək üçün maaşının azaldılmasına da razıdır. Morata ilə 7 milyon avroya “hə” deyəcək. Futbolçunun həyat yoldaşının italiyalı olması seçiminə təsir edib.

Qeyd edək ki, 31 yaşlı hücumçu 2014-2016-cı və 2020-2022-ci illərdə “Qoca Sinyora”nın heyətində oynayıb.

Xəbər lenti

Xəbər lenti