...

Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana enerji tədarük edə bilər - Nazir

Energetika Materials 2 May 2024 11:10 (UTC +04:00)
Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana enerji tədarük edə bilər - Nazir
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

Azərbaycan Qazaxıstan və Özbəkistan vasitəsilə Qırğızıstana enerji tədarük edə bilər.

Trend xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev Qırğızıstan KİV-ə deyib.

Nazirin sözlərinə görə, Azərbaycan hazırda Qazaxıstan və Özbəkistanla birgə enerji xətlərinin inşası ilə məşğul olur. Texniki imkanlar sayəsində daha sonra onu asanlıqla Qırğızıstana ötürmək mümkün olacaq.

"Azərbaycan və Qırğızıstan arasında enerji əməkdaşlığına dair məsələ çoxdan qaldırılıb və bu yaxında nazirliklər arasında memorandum imzalanıb. Azərbaycan hazırda aktiv şəkildə neft, yanacaq-sürtkü materialları, benzin, dizel yanacağı, həmçinin, qaz ixrac edir.

Tezliklə "Cunda" neft emalı zavodunu (NEZ) modernizasiyadan sonra işə salacağıq və əlavə neft tədarüklərinə ehtiyacımız olacaq. Qırğızıstan Azərbaycandan neft tədarüklərində maraqlıdır, hazırda logistika məsələsi üzərində işləyirik", - nazir deyib.

T.İbrayev Azərbaycanda kabel məhsullarının, eləcə də, transformator istehsalının qabaqcıl inkişaf etdiyini qeyd edib.

"Biz danışıqlar aparmışıq və iyun ayında mütəxəssislər Azərbaycana enerji həftəsinə yola düşəcəklər. Onlar istehsal prosesini öyrənmək üçün kabellərin istehsal olunduğu zavodları ziyarət edəcəklər", - deyə nazir əlavə edib.

Xatırladaq ki, aprelin 24-də Qırğızıstan Energetika Nazirliyi ilə Azərbaycan Energetika Nazirliyi arasında energetika sferasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti