...

Aİ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına dəstək verməyə hazırdır - Səfir Mixalko

Siyasət Materials 2 May 2024 13:06 (UTC +04:00)
Aİ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına dəstək verməyə hazırdır - Səfir Mixalko
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına dəstək verməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko jurnalistlərə deyib.

"Münaqişənin tənzimlənməsi prosesinin davam etməsindən məmnunuq. Həllər və irəliləyiş yollarının axtarışı hər iki tərəfin işidir. Əlbəttə ki, Aİ Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasına dəstək verməyə hazırdır", - o deyib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti