...

Azərbaycanda multikultural dəyərlər yüksək qiymətləndirilir - Kamal Abdulla

Cəmiyyət Materials 2 May 2024 12:10 (UTC +04:00)
Azərbaycanda multikultural dəyərlər yüksək qiymətləndirilir - Kamal Abdulla
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bütün insanların bərabərhüquqlu yaşaması təmin edilir. Azərbaycan multikultural dəyərlərini qoruyub saxlayır.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri Kamal Abdulla Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdalığın təşviq edilməsi” mövzusunda panel müzakirələri zamanı deyib.

K.Abdulla bildirib ki, Azərbaycanda multikultural dəyərlər son dəcərə yüksək qiymətləndirilir.

“Bu, Azərbaycan dövlətinin apardığı siysətin tərkib hissəsidir. Ölkəmizin əsas məqsədi bütün konfessiyaların nümayəndələrinin, milli azlıqların nümayəndələrinin özlərini rahat, bərabər hiss etməsidir. Azərbaycan Prezidenti bütün konfessiyalara eyni münasibət bəsləyir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti