...

Azərbaycan AİB-in illik toplantıları çərçivəsində CAREC regionunda "yaşıl" iqtisadiyyat üzrə müzakirələrdə iştirak edir

İqtisadiyyat Materials 2 May 2024 15:00 (UTC +04:00)
Azərbaycan AİB-in illik toplantıları çərçivəsində CAREC regionunda "yaşıl" iqtisadiyyat üzrə müzakirələrdə iştirak edir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Azərbaycan Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illik toplantıları çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda "yaşıl" iqtisadiyyat üzrə müzakirələrdə iştrirak edir.

Trend bu barədə tədbirin keçirildiyi məkandan xəbər verir.

İqlim gündəliyini təşviq edərkən CAREC-in qlobal dəyər zəncirləri ilə bağlantılarının möhkəmləndirilməsində regional əməkdaşlığın müzakirəsi üçün panel müzakirələrdə hökumətlərin, inkişaf üzrə tərəfdaşların və özəl sektorun nümayəndələri iştirak edir.

İştirakçılar maliyyələşdirməni səfərbər edilməsi və iqlim dəyişikliyi ilə mübarizə ilə əlaqədar regional layihələrin hazırlanmasına dəstək üçün imkanları araşdıracaq.

Tədbirdə Azərbaycanı maliyyə naziri, AİB Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edir.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti