...

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir - Rəvan Həsənov

Cəmiyyət Materials 2 May 2024 12:36 (UTC +04:00)
Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir - Rəvan Həsənov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir.

Trend-in məlumatına görə, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdalığın təşviq edilməsi” mövzusunda panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, müxtəlif mədəniyyətlər və inanclar arasında körpü yaratmaq inklüziv və multikultural cəmiyyətlərin xüsusiyyətidir.

"Əməkdaşlıq olmadan bu körpülər tikilə bilməz. Əməkdaşlıq cəmiyyətdən təcrid olunmuş və azlıqda qalan qruplar üçün inteqrasiya imkanları yaradır.

Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir. İctimai birliyə nail olmaq bu gün hökumətlərin və dövlətlərin qarşısında duran prioritetlər sırasındadır. Azərbaycanda bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Biz beynəlxalq əməkdaşlığımızı, dostluğumuzu gücləndirməliyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti