...

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi qəbul edilib

Dünya xəbərləri Materials 1 May 2024 20:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamenti plenar iclasda ikinci oxunuşda “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib.

Trend gürcü KİV-lərinə istinadən xəbər verir ki, səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.

“Qanunun 83 deputat lehinə, 23-ü əleyhinə səs verib”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsvermənin nəticələrinə yekun vurarkən bildirib.

Qeyd edək ki, aprelin 16-da Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq olunub. Parlament binasına giriş məhdudlaşdırılıb, içəriyə ancaq dəvət olunmuş şəxslər daxil ola bilərlər.

Qeyd olunub ki, təhlükəsizlik tədbirləri Gürcüstan parlamentində "Xarici agentlər haqqında" qanun layihəsinin müzakirəsi ilə əlaqədardır. Belə ki, qanun layihəsinə etiraz edənlər daha əvvəl parlament binasının qarşısında toplaşıblar. Gürcüstan polisi 14 etirazçını saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti