...

Samir Şərifov AİB-in illik toplantısında Azərbaycanın prioritetlərindən bəhs edib

Yaşıl iqtisadiyyat Materials 2 May 2024 13:01 (UTC +04:00)
Samir Şərifov AİB-in illik toplantısında Azərbaycanın prioritetlərindən bəhs edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Azərbaycanın Asiya İnkişaf Bankının (AİB) illik toplantısındakı prioritetlərindən biri COP29-a ev sahibliyi edəcək ölkə kimi mövqe sərgiləməsidir.

Trend xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının (AİB) illik toplantısının kuluarlarında deyib.

"Biz hər il AİB-in Rəhbərlər Şurasının ənənəvi illik toplantısında iştirak edirik. Lakin ənənəvi olan təkcə toplantı deyil, bu həm də iqtisadi əməkdaşlıq məsələləri üzrə kifayət qədər məhsuldar fikir mübadiləsinin aparıldığı müxtəlif seminar, konfrans, müzakirələr, dəyirmi masalardır.

Bu il həm də Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi mövqe sərgiləməsi prioritetlərimizdən biridir və bu səbəbdən Asiyada daha "yaşıl" gələcəyin inkişafı üzrə bir sıra panel müzakirələrdə iştirak edəcəyik", - deyə o qeyd edib.

S.Şərifov vurğulayıb ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə olaraq toplantı iştirakçıları ilə İqlim Sazişinə üzv ölkələrinin mövqelərinin yaxınlaşdırılmasında özünün roluna dair görüşlərini bölüşməyi planlaşdırır. Bu, həmin sazişlər imzalanan zaman qoyulan prinsip və hədəflərin reallaşdırılması üçündür.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti