...

UNEC-də növbəti ictimai müzakirə: Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan (VİDEO)

Cəmiyyət Materials 16 May 2024 13:01 (UTC +04:00)
UNEC-də növbəti ictimai müzakirə: Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan (VİDEO)

Bakı. Trend:

UNEC-də start verilən “Gələcək özümü gələcək?” adlı növbəti ictimai müzakirə “Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan: Yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!” mövzusunda olub.

UNEC rektoru professor Ədalət Muradov bildirib ki, UNEC-də müxətlif sahələr üzrə yeni ideyaların müzakirəsi davam edir. Rektor bu dəfəki müzakirənin mövzusunun müəyyən edilməsində ölkə Prezidentinin verdiyi müsahibələrdə səsləndirdiyi fikirləri nəzərə alaraq, 2 ideya - Yaşıl iqtisadiyyat və Rəqəmsal Azərbaycan əsas götürülüb.

Müzakirələr zamanı Azərbaycan iqtisadiyyatını yaşıllaşdırmaq məqsədilə ölkənin rəqabət üstünlüyü olan sahələrinin müəyyən edilməsi və bu sahələrin inkişafı istiqamətində atılacaq addımlarla bağlı yeni ideyalar səsləndirilib.

Rəqəmsal Azərbaycanla bağlı isə yeni baxışların formalaşdırılması və dayanıqlılığın təmin edilməsi istiqamətində maraqlı fikirlər irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti