Bakı. Trend:
Qlobal istiləşməyə səbəb olan qaz emissiyaları 2019-cu ildəki səviyyə ilə müqayisədə 2030-cu ilədək 43 faiz azaldılmalıdır.
Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində deyib.
"Yaxın bir neçə il ərzində qlobal temperaturun 1,5 dərəcəyədək artmasını məhdudlaşdıra və bu səviyyədə saxlaya bilib-bilməcəyimiz bir çox baxımdan müəyyən olunacaq", - deyə o bildirib.
BMT nümayəndəsi qeyd edib ki, qaz emissiyaları 2025-ci ilədək artıq pik həddə çatacaq.
"Dubayda keçirilən COP28 konfransında qəbul edilən konsensus bütün ölkələri qazıntı yanacağından imtina etməyə və sıfır səviyyəyə salmağa, eləcə də, bütün iqtisadiyyat üçün milli hədəf töhfələri təqdim etməyə çağırır", - deyə Kanako Mabuçi əlavə edib.
Qeyd edək ki, ADA universitetində İqlim-Su Zirvəsi keçirilib.
Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar və özəl sektordan ekspertləri iştirak ediblər.
Çıxış edənlər arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri baş icraçı direktoru, Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və "Aqualink" şirkətinin icraçı direktoru olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)