...

18 əl baqajı toplama nöqtəsi və 17 özünəxidmət məntəqəsi açılacaq - Rəşad Haqverdiyev

İqtisadiyyat Materials 16 May 2024 11:27 (UTC +04:00)
18 əl baqajı toplama nöqtəsi və 17 özünəxidmət məntəqəsi açılacaq - Rəşad Haqverdiyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz təhlükəsizlik, müştəri məmnuniyyəti, rəqəmsallaşma kimi məsələləri diqqətə alırıq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) və Keyfiyyətə Nəzarət (KN) idarəsinin direktoru Rəşad Haqverdiyev “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, yeni bir proqram təminatından istifadə edərək ən yaxşı marşurut müəyyənləşdiriləcək və bu da karbon emissiyasını azaldacaq.

“Avqust ayından etibarən 18 əl baqajı toplama nöqtəsi və 17 özünəxidmət məntəqəsi açıqlacaq ki, bu da 10 ton kağızın qənaətinə gətirib çıxaracaqdır. Bu isə ildə 175 ağacın qorunması mənasına gəlir. Azərbaycan Hava Yolları həmçinin hər il ağacəkmə aksiyalarında iştirak edir. Biz fəal olaraq müasir suvarma sistemlərindəm istifadə edirik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılır.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılıb. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışırlar.

Xəbər lenti

Xəbər lenti