...

Dünya Bankının Azərbaycan üzrə "Business Ready" hesabatı növbəti il açıqlanacaq

İqtisadiyyat Materials 16 May 2024 13:29 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dünya Bankının "Business Ready" hesabatına növbəti ildən daxil ediləcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev bu gün keçirilən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında deyib.

O qeyd edib ki, bu hesabatla bağlı ilkin qiymətləndirməyə bu ildən başlanıb.

"Biznes mühitinin yaxşılaşdırılmasının Dünya Bankının "Business Ready" hesabatının suallarına uyğun olaraq ilkin qiymətləndirmə həyata keçirilib. Bununla bağlı Yol Xəritələri hazırlanıb", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyəti və azranking.az internet portalının təqdimatı keçirilib. Tədbirdə Komissiyanın fəaliyyəti, Komissiya çərçivəsində biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində hazırlanan islahat təşəbbüsləri barədə geniş məlumatlar verilib. Komissiyanın işçi qruplarının fəaliyyətinin təşkili, o cümlədən, 2024-cü il üzrə təsdiq olunan yol xəritələri və fəaliyyət planları barədə məlumat təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti