...

Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsini azaldacaq - Safder Nazir

Cəmiyyət Materials 16 May 2024 11:10 (UTC +04:00)
Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsini azaldacaq - Safder Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bərpaolunan enerji ilə təmin edilən məlumat mərkəzləri səmərəli ola bilər.

Trend xəbər verir ki, bu barədə Huawei Rəqəmsal Sənaye Mükəmməllik Mərkəzinin rəhbəri Safder Nazir “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, sənayelər üçün öhdəliklərini başa düşmək çətin olur.

“Şirkətlər öz kampuslarını sıfır emissiyaya endirməlidir. Binalarda texnoloji həllərin istifadə edilməsi enerji istifadəsini azaldacaq. Biz texnologiya ilə hər bir alətin nə qədər enerji istifadə etdiyini və süni intellektlə bunu azaltmağın yolunu tapmağa nail olmuşuq.

Hökumətlər biznes şirkətlərini bu işə təşviq etməlidir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında danışacaqlar.

Xəbər lenti

Xəbər lenti